Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri, polkovnik Arif Babayev “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

BAKİSESİ.COM xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamda Arif Babayevin də adı var.

Qeyd edək ki, martın 29-da Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyidir.

скачать dle 12.1