Azərbaycan Dövlət Neft Şikəti (SOCAR) ilə bağlı hətta xırda bir tənqid  yazan kimi ''DDOS'' Rövnəqin  xaker dəstəsi hücuma keçir  və saytı  susdurmağa  çalışırlar. 
Təsəvvür edin ki,  gundelik-baku.com saytına son bir sutkada 750.000.000 , yəni haradasa 1 milyarda yaxın oxucu  daxil olub. 
Bu adam başa düşmür ki,  Azərbaycanda ən yaxşı 30-40 min, lap uzağı 100 min oxucu ola bilər. Heç dünyada 1 milyard oxucu yoxdur, ay Rövnəq müəllim..
Rövnəq Abdullayev!  
O qohumun Anar Əliyevdi, Əlizadədir-nədir  ona denən heç olmasa BAŞ-ını işlətsin və reallığı nəzərə alsın. Axı, sayta 1 milyard oxucu necə girə bilər ?
Və maraqlıdır ki, xaker hücumlarının statisikasında ən çox hücum Rusiyadan olur. 
Deyəsən, Rusiya ilə cici-bacı olmusunuz. Tez-tez Anarla Bədəl bəy Rusiyaya  səfərlər edirsiniz, orada biznesiniz var, otelləriniz işləyir. Həmin otellərdə Rusiyada hansı şəxslərlə oturub nələri müzakirə edirsiniz…
Məlumata görə, Anar Əlizadə, ümumiyyətlə, SOCAR-da heç kimi saya salmır,  SOCAR-ın vitse prezidenti  Mikayıl İsmayılovun üstünə qışqırır. 
Hətta məlumata görə, Rövnəq Abdullayev saatlarla Anarı axtarır tapa bilmir, zəng edir  Anar cavab vermir. Və axırda Rövnəq Abdullayev məcbur olub Bədəl bəyə deyir ki, əə  o Anara denən telefonu açsın dəə…
Bədəl bəy də başüstə deyib Anara zəng edir: Rövnəq qaqaş səni axtarır, deyir….
Anar telefonda cavab  verir: Əə, qaqaşa denən məşğulam, getsin…

Mənbə deyir ki, yaxın çevrəsi SOCAR-ın prezidenti Rövnəq Abdullayevə QAQAŞ deyə müraciət edirlər. 
Bir sözlə, SOCAR hücumu davam etdirir, gundelik-baku.com yazır, şikayət edir, amma müvafiq qurumlar  tədbir görmür. Görəsən Rövnəq Abdullayev  Ramiz  Mehdiyevin başına gələnlərdən nəticə çıxartmır ? 
Sonda SOCAR prezidentinə  bir neçə tövsiyyəmiz var. 
Birincisi, cəmi bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyev cənabları sizin gördüyünüz işlərin qiymətini verdi və soruşdu ki, SOCAR-ın gəlirləri hara gedir ?
İkincisi, SOCAR-ın gəlirlərindən neçə milyon İnPress şirkətinə ayrılır ki, sizin Piar işlərinizi həyata keçirir? 
-    Qohumun Anar Əlizadənin qurduğu İnPress həm də sizi tənqid edən saytlara qarşı  xaricdən  xaker hücumları təşkil edir
-    Rövnəq Abdullayev, xaricdə fəaliyyət göstərən söyüş müxalifətinin başına gələnlər sizə dərs olmadı? 
-    Sizin azad mətbuata təşkil etdiyiniz xaker hücumu ilə söyüş müxalifətinin nə fərqi var?
-    Cənab Abdullayev  “TÜLEYMAN…” məsələsini unudubsunuzsa, yadınıza sala bilərik..
-    Sonda onu qeyd edək ki, sizin azad sözə, müstəqil mediaya  etdiyiniz hücum erməni ilə döyüşən oğullara arxadan atılan güllə kimidir, heç bir fərqi yoxdur..
-    Rövnəq Abdullayev ! Cənab Prezident sizdən soruşandakı SOCAR-ın gəlirləri hara gedir ? Siz cavab verə bilmədiniz. İndi biz  o harasa gedən gəlirlərin 1 saatlıq qiymətini deyəkmi ? 
-    Siz, tənqidi media ilə məşğul olan, azad,müstəqil medianı  “vurmaq”, sıradan çıxartmaq üçün 1 saatda 400-500 dolar xərcləyib bir gündə 24 saat * 400-500 = 9600- 12000 dollar xərcləyirsiniz. 

 Qalan hesablama növbəti yazıda.
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)скачать dle 12.1