Bütün dövlət  qurumları  son 1 ildə öz işlərində az-çox müsbət dəyişiklik  etməyə  çalışırlar. Və qismən buna  nail olurlar. Amma rəsmi adı  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, el arasaında qısaca adı  Qaçqınkom olan  qurum elə bil fil  qulağında yatıb. Bu qurumun sədri Əli Həsənov  təqaüdə çıxdı,  yerinə Rövşən Rzayev təyin olundu, amma rəhmətlik Mirzə Cəlil  demişkən, “Haman göl, haman qurbağa“. 
Vallah bizim Rövşən Rzayev  və onun komandası ilə heç bir qərəzimiz yoxdur. Və anlayırıq ki, bu qurumun məşğul olduğu qaçqın kontingenti  narazı, yerindən-yurdundan qovulmuş,  malını-mülkünü itirmiş, əsiri-girovu-şəhidi olan kəsimdir. Biz bunu anlayırıq ki, məsələ elə də rahat deyil. 
Bunu dəfələrlə Qaçqınkomun da rəhbərliyi deyib ki, qaçqın problemi çox ağır məsələdir, biz çalışırıq ki, qaçqınlara problemlərinə  yaxınlaşaq, kömək edək. 
Cənab sədr ! 
Adam ARXA-sını nəyəsə, kiməsə çevirib ona necə yaxınlaşa bilər ? 
Bir  ÜZÜ-nü qaçqınlara sarı çevir ki,  yazıq qaçqın və məcburi köçkünlər də görsün ki, problemlərini heç olmasa görən var. Adam ARXA-sı ilə necə görə bilər ? 
Cənab Sədr ! 
Bircə dəfə komitənin həyətində toplaşan şikayətçilərin yanına düş, dərdlərini dinlə. Axı, Kollegiyanın üzvü Sənan müəllim, Eldar müəllim, Səbuhi müəllim və başqaları yaşlı məcburi köçkün şikayətçiyə  əllərinin DAL-ı ilə cavab verirlər. 
Cənab sədr ! 
Neçə ildir Qaçqınkomun  rəhbər heyəti qaçqınlar üçün dövlətin vəsaiti hesabına tikilən  mənzilləri sata-sata  milyonçuya çevriliblər, hərəsi özünə bahalı maşın,bahalı villa,bahalı geyim,bahalı telefon və 10 min manatlıq 211 nömrə alıblar. Bunu xalq gözəl görür. 
Abşeron rayonunda qaçqınlar üçün  salınan QARANT  yaşayış massivində nələr baş verir, cənab sədr ? Xəbərin yoxdur ?
Məcburi köçkünlər şəhərciyə  çıxmağa  qorxurlar. Ordan qəribə qoxular gəlir...
Hələ məcburi köçkünlər üçün  tikilən şəhərcikdəki  ticarət obyektləri  qaçqın olmayan şəxslərə neçəyə satılır, kimlər bunun hesabına yüz minlər, milyonlar qazanır...
Cənab Rövşən Rzayev ! 
Bircə dəfə yolunu  Abşerondakı  REAL mağazalar şəbəkəsinə sal. Təsəvvür edirsən minlərlə  məcburi köçkün ailəsinin su ilə təchiz edən hovuzun üstündə market tikilib. Bəlkə  su götürmək istəyən qaçqın  hovuza düşdü, bəlkə  uşaq yıxıldı hovuza və s. Onu necə xilas etmək olar. Məgər o boyda Abşeronda market tikməyə yer tapılmadı ? 
Cənab Sədr ! 
Problemlər çoxdur. 
Siz arxanızı deyil, üzünüzü çevirin problemlərə, onda hər şeyi aydın görəcəksiniz.
''Gündəlik Bakı''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)

скачать dle 12.1