Daxili İşlər naziri Ramil Usubov iki polis rəisinin yerini dəyişib.

Bakisesi.com-un Unikal.org-a istinadən verdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun əmri ilə, Suraxanı Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi polis polkovnik-leytenantı Sadıq Abbasov Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi təyin edilib. Nazirin digər əmri ilə, Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Məmmədov Suraxanı Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Xəbəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.

скачать dle 12.1