Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov aprelin 26-da keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə “Report”a Dövlət Komitəsindən bildirilib.

Belə ki, növbəti vətəndaş qəbulu aprelin  tarixində, Kürdəmir rayonunda, Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək. Qəbulda Kürdəmir rayonu ilə yanaşı Ucar, Göyçay rayonlarından olan vətəndaşların da müraciətlərinə baxılacaq.

Komitə fəaliyyət prinsipinə uyğun olaraq vətəndaşların suallarına həssaslıqla yanaşır və çevik olaraq cavablandırır. Budəfəki qəbulda da vətəndaş məmnunluğu ön planda olacaq. Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi kimi müraciətlərə baxılacaq. Həmçinin torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların sualları cavablandırılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər.

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105). Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65

Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar ərazi şöbəsi: (02021) 3-01-13, (02025) 5-55-39

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsi: (02021) 3-02-74, (02025) 5-51-62скачать dle 12.1