BakiSesi.com

Arif Qasımov səyyar görüş keçirdi - FOTOLAR

Tarix:24-04-2019, 10:43 | Oxunub: 41 823
Arif Qasımov səyyar görüş keçirdi
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 227 №-li tam orta məktəbdə Keşlə qəsəbəsi, D.Aslan küçəsi 1a, 6,7, 14, Heydər Əliyev prospekti 86/19, Yenikənd küçəsi 8, 28 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.

“BAKİSESİ.COM” xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, Keşlə bələdiyyəsinin sədri, rayonun xidmət sahələrinin rəhbərləri və Keşlə qəsəbə sakinləri iştirak ediblər.

Arif Qasımov Nizami rayonunda, o cümlədən Keşlə qəsəbəsində aparılan abadlıq və yenidənqurma işlərindən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Rayon rəhbəri tərəfindən vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keşlə qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
скачать dle 12.1