Azərbaycanda iki mühüm nazirlik – Rabitə və Nəqliyyat nazirlikləri ləğv edilir. Daha doğrusu, Rabitə naziri Əli Abbasov məlum  məsələ  ilə bağlı vəzifəsindən uzaqlaşdırılır. Xeyli müddət onun həbsi cəmiyyətdə müzakirə olunur. Sonda sabiq nazir Azərbaycan Milli Elmlər Akademiyası prezidentinə müşavir, yəni məsləhətçi göndərilir. Bir adam soruşmur ki, hər ay qorxusundan bəzi şəxslərin qarşısında  400 min dəfə əyilən  Əli Abbasov AMEA-da hansı məsələdən məsləhət verəcək ?
 Digər nazirlik, yəni Nəqliyyat nazirliyi də ciddi problemlər, nəqliyyat qoçuları və s səbəbdən ləğv edildi, Ziya Məmmədov özünün dediyinə görə namaz qılmağa, oruc tutmağa, özünün dediyi kimi müqəddəs Qurana təfsir yazmağa getdi. Bir adam buna demədi ki, “Sən qıldığın namaz deyil, nəsə başqa şeydir..”. Biz sözlə, iki mühüm nazirliyin kitabı bağlandı. 
Daha doğrusu, iki nazirliyi birləşdirib Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirliyini yaratdılar. Və ömrü boyu 1-cə saat nə rabitə, nə də nəqliyyat sahəsində çalışmayan, gənc ömrünü kabinetlərə kağız daşımaqla keçirən bir cavan oğlanı – Ramin Quluzadəni birləşmiş nazirliyə rəhbər təyin etdilər. Həmən gündən nələr baş verdiyinə qısa nəzər salaq. Birincisi, bir başa Rabitə nazirliyinin sahəsinə aid olan Aztelekom, internet pravayderləri və digər sahələrdə vəziyyət dözülməzdir. Bütün cəmiyyət təsdiq edir ki, son illər internet təminatında vəziyyət dözülməz hal alıb. Hətta müxtəlif saytların Nazirlik tərəfindən blok edilməsi də biabırçılıqdır. Axı, məhkəmə qərarı olmadan nazirin nə ixtiyarı var ki, saytı bloklasın ?  Hansısa məmurdan yazan kimi nazirlik saytı blok edir. 
Digər tərəfdən bu gün mediaya ən çox xaker hücumu edən SOCAR şirkətidir. Bu barədə dəfələrlə nazir Ramin Quluzadəyə rəsmi müraciət olunub. Ancaq cənab nazir bircə dəfə də olsun bu rüsvayçılığa münasibət bildirməyib. Görəsən cənab nazir bilmir ki, informasiya təhlükəsizliyi MİLLİ TƏHLÜKƏSİZLİYİN  ən vacib sahəsidir. 
İndi keçək nəqliyyat sahəsinə. Ziya Məmmədovun qoçularından sonra nəqliyyat sferasında hansı müsbət hal baş verib ? Əlbəttə heç nə. Elə haman qoçulardır. Əvvəl Ziyanın, indi BNA-nın qoçuları. Yəni heç nə dəyişməyib. Bəs onda bunun harası islahat oldu ? Ümumiyyətlə, bu adamın bu sahədə  hansı dəyişiklilər etdiyinə cavab axtarırıq. Hətta tələbə yoldaşları onun tələbəlik dövründə nəyə qadir oldiğunu  gülə-gülə yada salırlar.
Amma dünyada qəbul olunmuş bir qayda var: Prezidentin sərəncamı müzakirə olunmur. Lap yaxşı. Prezident sənə etimad göstərib, inanıb və səni mühüm bir dövlət qurumuna rəhbər təyin edib. 
Cənab nazir ! Siz bu etimadı necə doğruldursunuz ? 
Nazirlikdə Sizin həyat yoldaşınızın  hansısa xanımın saçlarını yolması ilə bağlı  yayılan VİDEO ilə əlaqəli  sizdən cavab ala bilmirik. Dəfələrlə müraciət etmişik, amma sizin “qəbulunuza”  düşmək olmur. Bunun harası rabitə oldu ? 
Bura rabitə nazirliyidir, yoxsa  saçyoldu kantoru ? 
Növbəti sayımızda Rabitə nazirliyi ilə rabitə qura bilməməyimiz barədə yazı dərc edəcəyik.
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)

скачать dle 12.1