PSJ klubunun oyuncusu Neymar Fransa Peşəkar Futbolçular Birliyinin keçirdiyi "İlin futbolçusu" mükafatlandırma mərasimində iştirak etməyib.
Bakisesi.com xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı ulduz mükafatlandırma mərasimindən ələnməyi üstün tutub. Belə ki, Neymar məşhur müğənni Rihanna ilə əyləncəyə yollanıb. Onların gecə səhərə qədər əyləndiyi bildirilir.
Neymar gecə əyləncəyindən çəkilmiş fotosunu "instagram" hesabından paylaşıb. Fotoya 2,5 milyondan artıq bəyənmə gəlib. Neymar fotoya "Kraliça və güclü qadın" rəyini yazaraq Rihannanı tərifləyib. 
Qeyd edək ki, Fransa Peşəkar Futbolçular Birliyi "İlin futbolçusu" mükafatını Neymarın PSJ-dəki komanda yoldaşı Kilian Mbappeyə verib. Braziliyalı futbolçunun mərasimə qatılmaması tənqidlərə səbəb olub.скачать dle 12.1