Hərdən özümə deyiblər ki, ay müəllim, vətəndaş niyə qəzetə, sayta müraciət edir ee...qoy müvafiq dövlət qurumlarına müraciət eləsin və məsələni həll edək dəə..
Eyy  cənab məmurlar !
Siz elə bilirsiniz ki, biz vətəndaş şikayətlərindən həzz alırıq, bəlkə məmnun oluruq ? 
Əksinə mənfi enerji, əzab və üstəlik az  imkanlarımız daxilində vətəndaşın şikayətini araşdırmaq, saatlarla  telefondan sallaşmaq, cavab ala bilməmək və s..
Başa düşdünüzmü..? 
Cənablar, bizim  SLUJBA-mız yoxdur ee.. Az imkanlarımızla çalışırıq ki, narazı vətəndaşa kömək edək, vətəndaş dövlətimizdən, Prezidentimizdən narazı qalmasın. Siz bunu başa düşürsünüzmü? 
Hələ bir minnət vurursunuz ki,  niyə vətəndaş mediaya müraciət edir ? 
Guya bizim xoşumuza gəlir.  Dövlətdən çox yüksək maaş alırsınız, əziyyət çəkin  vətəndaşı normal qəbul edin və vətəndaş mediaya  üz tutmasın. 
Neçənci dəfədir ki, üzünü görmədiyimiz vətəndaş, Fizuli rayonu Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan məcburi köçkün İsmayılov Elnur Mənsur oğlunun  (055-712-11-12) şikayətini dərc edirik. Vətəndaş bu gün də yenidən Gundelik-baku.com-un elektron poçtuna müraciət edərək, az qala yalvarır. Ki, mənim şikayətimə baxın. 
Cənab Azərsu  ASC-nin sədri Qorxmaz Hüseynov!
Sizin yaxın  çevrəniz bilir ki, Sizə, şəxsinizə hörmətimiz var. Amma ətrafınıza deyin ki, bu insanların problemini həll etsinlər. Ya da qəbul edib dərdini dinləsinlər. Biz şikayət məktubları dərc etməkdən bezmişik. 
Hörmətli Qorxmaz müəllim ! 
Bizim millətimiz çox rahat millətdir, onu dinləyə bildinsə, problemin  50 faizi həll olunur. Əsas məsələ vətəndaşı dinləməkdir. 
Biz də bilirik ki, sizin SEHRLİ ÇUBUĞU-nuz yoxdur ki, bir dəqiqəyə  problem həll olunsun. Amma  bu zavallı insanları dinləmək  lazımdır. 
 Biz demirik ki, ee, şikayətçinin hamısı  süddən çıxmış qaşıqdır. Amma dinləmək, düz yol göstərmək lazımdır. Ki, vətəndaş dövlətdən və  Prezidentdən narazı qalmasın. Məmurun xırda bir səhvi, kobud davranışı  XALQ-la  HAKİMİYYƏT  arasında UÇURUM yaradır.  Biz gundelik-baku-com olaraq bunu istəmirik.скачать dle 12.1