Növbəti mövsümdən La Liqada oynamaq hüququ qazanan ilk klub müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, "Osasuna"dır. İspaniya sequndasında 39-cu turunda "Albasete"nin "Qranada"ya uduzması ilə klub elitaya vəsiqəni təmin edib. Lider "Osasuna" yarışın bitməyinə üç tur qalmış üçüncü pillədəki "Albasete" ilə xal fərqini 10-a yüksəldib və turniri ilk iki pillədən birində bitirəcəyini rəsmiləşdirib.
Beləliklə, "Osasuna" iki ildən sonra yenidən yüksək liqada oynayacaq.скачать dle 12.1