Suraxanı rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Minval.info-ya verilən məlumata görə, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində rayonun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələri və Qaraçuxur qəsəbəsinin bəzi hissələrinə) içməli su müəyyən fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.скачать dle 12.1