Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov “Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb:
Bakisesi.com xəbər verir ki, sənəddə deyilir:  
“Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 12 mart tarixli 49 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 305; 2009, № 2, maddə 141; 2011, № 11, maddə 1063; 2014, № 8, maddə 1008; 2016, № 4, maddə 808; 2017, № 2, maddə 323; 2018, № 7 (II kitab), maddə 1642) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. “Kollegiyanın sədri” bölməsindən “Bayramov Ceyhun Əziz oğlu - ” sözləri çıxarılsın. 2. “Kollegiyanın üzvləri” bölməsi aşağıdakı redaksiyada verilsin: “Azərbaycan Respublikası təhsil
nazirinin müavinləri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini”.скачать dle 12.1