Son vaxtlar iri ranqlı məmurların öz mülklərini, villalarını satması müşahidə olunur.
Əlbəttə, biznes aləmində almaq və satmaq adi prosesdir.
Ancaq etibarlı mənbənin gundelik-baku.com-a dediyinə görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2 gün öncə Novxanıda, Post-Patrulun arxasında yerləşən və ərazisi 4 hektar olan bağ evini-villasını 4 milyon dollara satıb.
Çox maraqlıdır ki, adi hesablama ilə müəyyən etmək olar ki, 4 hektar ərazi və əzəmətli villanı Rövnəq Abdullayev nə əcəb ucuz qiymətə - 4 milyon dollara satıb ?
Rövnəq Abdullayevə təcili pul nə üçün lazım olub ?
Araşdırma zamanı bizə məlumat verildi ki, əslində villa 7.5 milyona satılıb, sənəddə 4 milyon yazılıb.
İstənilən halda Rövnəq Abdullayev kimi ranqlı məmurun villasını ucuz qiymətə satması düşünməyə əsas verir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)