Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, inhisar-monopoliya məsələsini bitirməliyik, ölkədə azad rəqabət mühiti formalaşmalı, hər kəs qanunlar daxilində istədiyi məhsulu ölkəyə gətirmək  hüququna malik olmalıdır. Bu isə qiymətlərin ucuzlaşmasına  səbəb olacaq. 
Cənab Prezident eyni zamanda dönə-dönə  qeyd edir ki, süni qiymət artımına yol vermək olmaz. 
Bəs onda görəsən ölkənin böyük şirkətləri  niyə buna əməl etmir?

Məsələn, elə birinci ölkənin ən strateji qurumu olan  SOCAR-dan başlayaq. 
Heç kimə sirr deyil ki, neft ehtiyatları olmayan bəzi ölkələrdə  benzin bizdən xeyli ucuzdur. Bəs necə ola bilər ki, biz  neft ölkəsi olaq, ancaq bizdə benzinin qiyməti benzin İDXAL edən ölkələrdən baha olsun ? 

Bu heç bir əndazəyə, məntiqə, iqtisadi qanuna sığmır. 
Səbəbini izah edək.
Bizim yerli şirkətlər  Rövnəq Abdullayevin qorxusundan ölkəmizə  yanacaq məhsulları idxal edə bilmirlər.
Məhsul ixrac edən şirkətlər isə  o qədər yerli problemlə üz-üzə qalır ki,  bezib bu məsələdən əl çəkir. 
İndi bildinizmi  “Dərya kənarında yerləşən ölkədə balıq və kürünün qiyməti”  niyə bu məhsulların olmadığı ölkələrdən bahadır. 
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)скачать dle 12.1