"Həyat Təxrir əş-Şam" terrorçu qruplaşmanın silahlıları Suriya ordusunun mövqelərinə hücum etməyə cəhd göstəriblər.
Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.
V.Kupçişin qeyd edib ki, silahlılar "Həyat Təxrir əş-Şam" terrorçu qruplaşmanın rəhbərliyi altında Suriya hökuməti ordusunun mövqelərinə Xabit-Kafr-Nbuda və Kafr-Zayta-Hamamiyət istiqamətlərində hücum etməyə cəhd göstəriblər.
Kupçişin əlavə edib ki, hazırda Suriya hökuməti qüvvələri terrorçuların kütləvi hücumlarını dəf etmək üçün mübarizə aparır.скачать dle 12.1