Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Mərkəzinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.
Bakisesi.com xəbər verir ki, tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün İnsanın İmmun Çatışmazlığı Virusuna görə laborator testlər keçirilib, tələbələrə QİÇS-lə mübarizəyə dair maarifləndirici məlumatlar verilib. 
Kampaniya müayinə aksiyaları keçirməklə, xəstəliyə yoluxmuşları maksimal dərəcədə aşkarlamaq və müayinəyə cəlb etmək, həmçinin əhalinin İİV-QİÇS barədə biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədini daşıyır.
Qeyd edək ki, tədbir 17-24 may “Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində baş tutub.скачать dle 12.1