Məlumdur ki, cənab Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə  başçısı təyin olunandan sonra meriyada xeyli təmizləmə işləri apardı. 
Bakı ŞİH-nin Aparat rəhbəri  Rasim Quliyev  vəzifəsindən azad edildi. 
Düzdür Rasim Quliyevi kimlərinsə xahişi ilə  Xarici əlaqələr departamentinə sədr təyin edildi. 
Amma bu gün cəmiyyətimizdə bir təmizləmə prosesi gedir. İllər uzunu etdiklərinə görə cavab verməlisən. 
Və hazırda  Rasim Quliyev illər uzunu Bakı meriyasında etdiyi əməllərə görə, cavab verir. 
Bəli, bu saatlarda  “troyka”  DƏZGAH-a çəkilib. 
Sabiq Aparat rəhbərinin sağında kim dayanıb ? 
Əlbəttə, ZÜLFƏLİ İSMAYILOV
Bəli, söhbət keçmiş Baş prokuror Zakir Qaralovun kirvəsi, Bakı meriyasında uzun illər tikinti-söküntü işlərinin rəhbəri, hazırda meriyada Nəzarət-Təftiş şöbəsinin müdiri  Zülfəli İsmayılovdan gedir. 
Sol tərəfdə kim dayanıb ? 
Bakı meriyasının hüquq professoru, Orxan dayanıb. 
Yəqin ki, Orxanın kim olduğunu az sayda adamlar bilir.
Amma Orxan atasının “Bozqurd”  dediyi Hacıbalanın vaxtında hüquqşünas olaraq çox qanunsuz sənədlərə imza atıb. 
Hər üçünün HƏBS olunması an məsələsidir. 
Bizi izləyin.
''GÜNDƏLİK BAKI''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)


скачать dle 12.1