BakiSesi.com

"Ermənistana bu qədər silah-sursat gəlir, niyə bunlardan danışmırsınız?" - Ərdoğan

Tarix:14-10-2020, 14:32 | Oxunub: 31
"Ermənistana bu qədər silah-sursat gəlir, niyə bunlardan danışmırsınız?" - Ərdoğan
“Türkiyədə təxminən 100 minə yaxın erməni yaşayırlar. Onlar ölkəmizdə mövcud olan hər cür imkandan istifadə edirlər. Biz onlara qarşı neqativ münasibət göstərməmişik”.
Bakisesi.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin qrup iclasında çıxışı zamanı deyib.
“Amma ermənilər mənim azərbaycanlı qardaşlarımın torpaqlarını işğal etdilər, azərbaycanlı əhali torpaqlarını tərk etmək məcburiyyətində qaldı. Azərbaycan öz torpaqlarını istəyir, başqa hər hansı tələbi yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri – ABŞ, Rusiya və Fransa hələ də uzatmaq taktikasından istifadə edirlər. Ortada işğal faktı var. Dünyada insan haqları, demokratiya varsa, həmsədrlər münaqişəni uzatmamalı, həmin torpaqları sahiblərinə verməlidirlər. Bir müzakirə 30 il müddətinə davam edə bilər? İndi də vəziyyət bu həddə gəlib çatıb. Bizə zəng edirlər ki, mücahidləri guya Suriyadan Qarabağa göndəririk, bizim belə dərdimiz yoxdur. Biz Azərbaycana dəstək verdik və bu dəstəyimizi yenə də verəcəyik. Yaxşı, Rusiyadan, Fransadan Ermənistana bu qədər silah-sursat gəlir, niyə bunlardan danışmırsınız? Vətən mübarizəsi aparan Azərbaycana Allahdan güc, qüvvət və zəfər arzulayıram”, - deyə Türkiyə Prezidenti vurğulayıb.скачать dle 12.1