Bakıda halı pisləşən şəxs polis əməkdaşları və kursantların köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın mərkəzindəki mağazaların birində qəflətən müştərilərdən birinin halı qəfil pisləşib. Bu barədə vətəndaşlar polis əməkdaşlarına xəbər veriblər.
Ərazidə xidmət aparan Yasamal Rayon Polis İdarəsinin əməkdaşı və Polis Akademiyasının təcrübə keçən kursantları dərhal həmin şəxsə ilkin tibbi yardım göstərib və təcili tibbi yardıma müraciət ediblər.
Onların köməkliyi ilə həmin şəxs xəstəxanaya çatdırlıb. скачать dle 12.1