Türkiyədə azərbaycanlı TIR sürücüsü Gülman B., 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Unikal.org-un məlumatına görə, Gülman B. idarə etdiyi TIR-la 2017-ci ilin dekabr ayında Çorum-Ankara yolun 30-cu kilometrində təcili tibbi yardım maşını ilə toqquşub.
Nəticədə təcili tibbi yardım maşınını idarə edən sürücü Servet Kesekler həyatını itirib. 40 yaşlı həkim Akif Akbaş, 25 yaşlı tibb bacısı Elif Çırakoğlu və 24 yaşlı tibb işçisi Emran Bezeniroğlu  ağır yaralanıb.
Qəzadan sonra TIR sürücüsü Gülman B., həbs olunub. Bir müddət həbsxanada cəza çəkdikdən sonra azad edilən Gülman B., haqqında ölən və yaralıların yaxınları 1-ci Ağır Cəza Məhkəməsində şikayət ediblər. Məhkəmə qəararı ilə azərbaycanlı sürücü Gülman B.-yə bir nəfərin ölümü və 3 nəfərin yaralanmasına görə 4 il 6 ay həbs cəzası verildi. Məhkəmənin qərarından  Apellyasiya şikayəti verən Gülmanın cəzası yüngülləşdirilərək 3 il 9 aya endirilib.скачать dle 12.1