Şahdağ Milli Parkının əməkdaşı Rəvayət Nəzərov meşədə köməksiz vəziyyətdə qalan cüyür balasını xilas edib.
Unikal.org azərtac-a istinadən xəbər verir ki, rayonun Yasab kəndində yaşayan R.Nəzərov meşədə gəzərkən qəribə heyvan səsi eşidib. Səs gələn ərazini axtardıqda kolların içində ilişib qalan cüyür balasını aşkarlayıb. Anasından ayrı düşən bala cüyür təxminən bir aylıqdır.
“Mayın 25-i axşam saatlarında Qusarda güclü külək əsdi. Küləyin təsirindən parklarda, küçələrdə xeyli ağac qırıldı. Mən də səhər tezdən meşələrdə vəziyyətin necə olduğunu öyrənmək üçün ora yollandım. Meşəlikdə gəzərkən tanış olmayan heyvan səsi eşitdim. Ətrafı axtardıqda kol-kosun içində köməksiz vəziyyətdə qalan balaca heyvanla rastlaşdım. Əvvəlcə köstəbəyə oxşatdım. Kolların arasından çıxaranda cüyür balası olduğunu gördüm. Orda qalsaydı, yırtıcı heyvanlara yem olacaqdı”, - deyə Rəvayət Nəzərov bildirib.
Şahdağ Milli Parkının Qusar bölməsi üzrə direktor müavini vəzifəsində çalışan Rəvayət Nəzərov cüyür balasını evinə gətirərək, ona iki gün qulluq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cüyür balasını Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verəcəklər.скачать dle 12.1