BakiSesi.com

Həbsxanada ad günü – 4 il həbs cəzası almış Habil Vəliyev 3 ildir ad gününü həbsxanada qeyd edir

Tarix:31-05-2019, 00:04 | Oxunub: 50 490
Həbsxanada ad günü –
“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru,Prezident təqaüdçüsü,Qarabağ qazisi Habil Vəliyevin doğum günüdür.  4 il həbs cəzasına məhkum edilmiş baş redaktor artıq 3 ildir ki, ad gününü həbsxanada qeyd edir. Həbsxanada olmasına bağmayaraq, bütün qanı və canı ilə Azərbaycana, azərbaycançılığa bağlı olan baş redaktor hazırki iqtidara xidmət etməkdən şərəf duyur.  
Həbs olunmamışdan öncə də, öz məqalə və müsahibələrində dəfələrlə Heydər Əliyev siyasi kursuna bağlı olduğunu dilə gətirən, əməlləri ilə bunu sübut edən baş redaktor hətta bunu  məhkəmə iclasında da dilinə gətirmişdi. Bu yaxınlarda ölkə başçısına etdiyi əfv müraciətində də, baş redaktor bildirmişdi ki, “Mənim həbs olunmağım iqtidara qarşı olan düşüncə və fikirlərimə heç bir təsir göstərməyib. Yenə də hazırki iqtidara canla başla xidmət etməyə hazıram. Bunu özüm üçün şərəf sayıram. Mən məhkəmədəki çıxışlarımdan birində də bildirmişdim ki, özümü hər zaman iqtidar saymışam. Bəli, mən hər zaman sizin və dünya şöhrətli siyasətçi olan, Ulu Öndər Heydər Əliyevin siyasi ideyalarını dəstəkləmişəm. Çünki həm atanız, həm də siz Azərbaycanımızı inkişafa, tərəqqiyə aparmısınız. Mən canımla, qanımla Sizə və dövlətimə bağlı insanam. Mən Azərbaycanım üçün canımdan keçməyə hazıram”.
Bəli, Habil Vəliyev o şəxsdir ki, hələ 18 yaşı olarkən, daha dəqiq desək Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi olarkən təhsilini yarımçıq qoyaraq könüllü şəkildə cəbhə xəttinə yollanıb, doğma torpağımızın ərazi bütövlüyü uğrunda ermənilərə qarşı vuruşub. Həyatının sonrakı dövrlərində də, hər zaman düşmənlərimizə qarşı barışmaz mövqedə olub. Azərbaycana qarşı xoşagəlməz addımlar atmağa çalışan şəxslərə qarşı isə, canı, qanı bahasına olsa belə, sinəsini irəli verməkdən çəkinməyib. Belə bir Azərbaycan oğlunun həbsxana həyatı sürməsi təbii ki, arzuolunan deyil. Ona görə, tez bir zamanda Habil Vəliyevin azadlığa qovuşmasını, növbəti ad gününü doğmalarının yanında qeyd etməsini arzulayırıq.скачать dle 12.1