BakiSesi.com

14 yaşlı məktəbli itkin düşdü

Tarix:31-05-2019, 10:00 | Oxunub: 53 695
14 yaşlı
Cəlilabad rayonu, Günəşli kənd sakini 2005-ci il təvəllüdlü Miriyev Mirəli Elman oğlu itkin düşüb.
Unikal.org xəbər verir ki, bu barədə “Report”a onun atası Elman Miriyev məlumat verib.
Səkkizinci sinifdə oxuyan M.Miriyev mayın 30-da saat 08:30 radələrində Günəşli kəndində yaşadığı evdən çıxaraq Cəlilabad rayonunun mərkəzinə gedib və bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun əynində qırmızı rəngli uzunqol köynək, qara rəngli cins şalvar, qara rəngli gödəkçə və idman ayaqqabısı olub.
Ailə üzvləri itkin düşmə ilə bağlı polisə müraciət ediblər.
Onu görənlərdən (050) 522 – 15 – 95 və ya (050) - 481 - 61 - 39 telefon nömrələrinə zəng vurmaları xahiş olunur.скачать dle 12.1