BakiSesi.com

İnam Kərimov “Məzun 2019” yarmarkasında - FOTOLAR

Tarix:2-06-2019, 01:16 | Oxunub: 123 390
İnam Kərimov “Məzun 2019” yarmarkasında -
Azərbaycan Dövlət Aqrar Universitetində Məzun Günü və 11-ci Məzun Yarmarkası keçirilib.

Bakisesi.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin maddi-texniki bazasının müasirləşdirilməsi, rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin göstərdiyi dəstək, dövlət sifarişli ixtisaslar, aparıcı şirkətlərlə əlaqələr, məzunların işlə təmin olunma səviyyəsi barədə məlumat verib.

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir: “Bu gün aqrar sahə özünün ən inkişaf etmiş, ən uğurlu mərhələsini yaşayır. Aqrar sahənin inkişafı prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritetini təşkil edir. Bu gün aqrar peşə Azərbaycanda ən nüfuzlu peşələrdən birinə çevrilməkdədir. Təsadüfi deyil ki, görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Aqrar Universiteti dünyanın ən inkişaf etmiş, ən uğurlu universitetlərindən biridir”.

Tədbir çərçivəsində kənd təsərrüfatı naziri İnam Kərimov yarmarkaya dəvət olunan şirkətlərin nümayəndələri ilə görüşüb.

Daha sonra nazir ADAU İnnovasiya Mərkəzində olub. Mərkəzin üzvləri həyata keçirdikləri innovativ təşəbbüslərlə bağlı təqdimatlar ediblər. Nazir həmçinin, Məzun Yarmakasının gedişi ilə tanış olub.

Nazir İnam Kərimov ADAU-nun 2 saylı yataqxanasının zalında Aqrar İnkişaf Könüllüləri ilə də görüşüb. Nazir onlarla xatirə fotosu çəkdirib.




скачать dle 12.1