"Gəncə məhbusu" Aydın Qurbanov Pentensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib.

"Yeni Sabah” xəbər verir ki, bu haqda onun qohumları məlumat yayıb.

Xəbərə görə, 2018-ci il Gəncə olaylarına görə həbs olunmuş Aydın Qurbanovun səhhətində olan problem son günlər daha da kəskinləşib. O, ötən gün vəfat edib.

A.  Qurbanov ötən il iyulun 28-də həbs olunub. O, Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə - Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilirdi.скачать dle 12.1