Bu gün Xalq artisti Kamal Xudaverdiyevin anım günüdür.
Aktyor 1938-ci il mayın 3-də Bakıda doğulub. Uşaqlıq illəri  Böyük Vətən Müharibəsinə təsadüf edib. 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla ömrünün sonuna qədər yalnız Akademik teatrda işləyib. 
O, tamaşaçıların yaddaşında daha çox Azərbaycan Dövlət Televiziyasında yayımlanan tamaşalarda yaratdığı obrazlarla qalıb.
Kamal Xudaverdiyev İlyas Əfəndiyevin «Atayevlər ailəsində» (İldırım), Ənvər Məmmədxanlının «Şərqin səhəri» (Cavanşir bəy),Mehdi Hüseynin «Alov» (Qaşqay), Əlibala Hacızadənin «Yadigar» (Müəllim), Nazim Hikmətin «Bayramın son günü» (Firuz), «Şöhrət və ya unudulan adam» (Doktor) və Elçin Mehrəliyevin «Yurd yeri» (Mahal kişi) tamaşalarında böyük məharətlə çıxış edib. 
Müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «İstintaq davam edir» (Çingizov), «Sonuncu müsahibə» (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə» (Kombinat müdiri), «Adanı özünlə apara bilməzsən» (Ata), «Oteldə bir otaq» (Alim), «Dədə Qorqud» (Ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib.
Kamal Ağahüseyn oğlu Xudaverdiyev teatr və kino yaradıcılığındakı fəaliyyətinə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 22 may 1991-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub.
O,  70 yaşının tamam olmasına 10 gün qalmış 2008-ci 23 apreldə ürək çatımazlığından vəfat edib.
Adi məzarlıqda dəfn olunub.  
Kamal Xudaverdiyev - Home | FacebookQAZILER: Ədalətsizlikdən narazı aktyor - Adi məzarlıqda dəfn ...
скачать dle 12.1