Mərhum müğənni Məhəbbət Kazımovun ifasında məşhurlaşan "Təkcə mənim olaydın" nəğməsinin plagiat olduğu iddia olunub.
Mahnının türk müğənnisi Emrahın "Götür beni gittiyin yerə" bəstəsi ilə bənzərliyi bu ittihamları qığılcımlandırıb.
Qeyd edək ki, mahnının bəstəsi Könül Kərimovaya, sözləri isə Ceyla xanıma aiddir.
Emrahın ifa etdiyi bu mahnı 1995-96 ci illərdə yazılıb. Muğam ifaçısı Tuqay İsmayılov sözügedən hər iki mahnını müqayisəli şəkildə ifa edərək birinin digərindən oğurlandığına eyham vurub.скачать dle 12.1