Bu gün milyonların qəlbini fəth edən Al Paçinonun 80 illik yubleyi qeyd olunur.
 Həyat yolu...  Alfredo Ceyms  necə  Al Paçino oldu
İtalyanəslilli  Al Paçino 25 aprel 1940-ci ildə Nyu-Yorkda dünyaya göz açıb. Onun əsl adı Alfredo Ceymc  Paçino olub. Al Paçinonun babası və nənəsi  Amerikaya  Sicilyanın  Korleon şəhərində gəliblər. Paçinonun 2 yaşı olanda ataları onları atır.
“ Gələcəyin Brandosu.... Axı Brando  kimdir ana”
Ancaq Al Paçininonun aktyorluq istedadı hələ uşaq vaxtlarında özünü gösətərib və məktəb illərində müxtəlif  teatr səhnələrində çıxış edib. Bir dəfə belə bir tamaşalardan sonra tamaşaçılardan biri onun anasına yaxımlaşaraq deyib ki, “ bax, bu gələcək Brandodur!”. Al isə anasında  “Brando kimdir?”, -deyə soruşur. 
Al Paçinonun həyatını teatra  birdəfəlik bağlmasına  səbəb isə Çexovun  “Çayka”  əsəri əsasında hazırlanan teatr tamaşası olur.  
Ofisiant, kuryer, bilet yoxlayan kimi çalışan Al Paçino aktyor kimi necə şöhtər qazandı
Uşaq vaxtı Al Paçino özünü təmin etmək üçün ofisiant, kuryer, bilet yoxlayan kimi çalışıb. Onun həyatı o qədər ağır olub ki, bəzən gələcəyin ulduzu səsdinləmə studiyasına çatmaq üçün avtobus bileti almaqdan ötrü borca pul da götürürdü. 1997-ci ilin oktyabr ayında Britaniyanın “Empire” jurnalı Al Paçinonu bütün dövrlərin 100 ən böyük kino ulduzu siyahısında dördüncü yerdə qərarlaşdırıb. 
Aşpaz Al Paçino...
Aktyorluq fəaliyyətinə başlamazdan əvvəl Al Paçino italyan restoranlarından birində aşpaz işləyib. 1961-ci ildə 21 yaşındaykən Al Paçino sükan arxasında olarkən qəfildən polis tərəfindən yaxalanır. 
Qara maska və silahla Nyu-York polisinə yaxlanan gənc aktyor
Qara maskada və əlcəklərdə olan aktyorun avtomobilindən silah tapıldığına görə, onu həbs edirlər. Lakin sonradan məlum olur ki, Al Paçino hansısa filmin çəkilişindən qayıdırmış. Silah isə çəkiliş meydançasından olan rekvizit imiş. Zərərli vərdişlər ailənin yeganə övladı olan Al Paçinodan da yan keçməyib. Belə ki, o, əvvəllər alkoqol asılılığından əziyyət çəkib. 1994-cü ildə isə səsi xarab olmasın deyə, siqaret çəkməkdən imtina edib. O, aktyorluq sənətinə Robert de Niro, Marlon Brando, Dastin Hofman və Merilin Monronun təhsil aldığı məktəbdə yiyələnib.
 Uğur və şöhrət gətirən “Xaç atası”
 Ona məşhurluğu Frensis Ford Koppolanın üç hissədən ibarət  “Xaç atası” filmində oynadığı rol gətirib. İlk dəfə 1969-cu ildə "Mən, Natali" filmində qısa epizodik rol oynayıb. 1967-1967-cu illərdə Nyu-York polisi (N.Y.P.D) teleserialına çəkilib. Sonralar isə "Nidl Parkda təşviş" (1971) filmində gənc narkoman rolunu oynayıb. Məhz bu roluna görə Frensis Ford Kopollanın diqqətini özünə çəkib və 1972-ci ildə “Xaç atası” filmində Maykl Korleonenin rolunu canlandırıb. Bu roluna görə kino tənqidçiləri tərəfindən çox yüksək qiymətləndirilib.
1973-cü ildə o, "Serpiko", "Müqəvva" filmlərində, sonralar isə “Xaç atası2” (1974), "İt günündə günorta" (1975), "Bobbi Derfild" (1977), "Ədalət hamı üçündür" (1979), "Qatili axtaran" (1980), "Müəllif! Müəllif!" (1982) filmlərinə çəkilib. 1983-cü ildə Al Paçino özünün əsas işlərindən saydığı Brayn De Palmanın “çapıqlı üz”(1983) filmində “Toni Montana" rolunu oynayıb. Səksəninci illərdə Al güclü alkoqol aludəçisinə çevrilib. Nəticədə onun kino karyerasında dörd illik boşluq yaranıb. Bu illəri o teatra həsr edib.
1989-cu ildə o yenidən filmlərə çəkilməyə başlayıb. 1992-ci ildə "Qadın ətri" filmindəki roluna görə “Oskar”a layiq görülüb.
2010-cu ildə "Sən Ceki tanımırsan" televiziya filmində Dr. Cek Kevorkian rolunu canlandırıb.
 Ən məhşurları necə kölgədə qoydu
Maykl Korleone rolunu əldə etməklə Al Paçino, Cek Nikolson və Uorren Bitti kimi aktyorları geridə qoyub. Kino aləminin ən yüksək məvacibli aktyorlarının ilk onluğuna daxildir. Al Paçino “Pretty Woman”, “Apocalypse Now” , “Star Wars” və digər bir neçə filmdə çəkilməkdən imtina edib. Kinodakı uğurlu karyerasından başqa, Al Paçino teatrda da uğurlar əldə edib. 1977-ci ildə o, teatr aləminin nüfuzlu mükafatı Toni ilə təltif edilib. Uşaq vaxtı peşəkar beysbolçu olmaq istəyən Al Paçino, kino aləminə qədəm basdıqdan sonra demək olar ki, bütün mükafatları əldə edib. BAFTA, “Qızıl Şir”, “Qızıl Qlobus”, “Emmi” və digərləri. 1980-ci ildə Oskara nominasiya edilsə də Dastin Hofmana uduzub. Qəribə təsadüf nəticəsində Hofman ona , Al Paçinonun bir zamanlar imtina etdiyi “Kramer Kramerə qarşı” filmindəki yaratdığı obrazı ilə qalib gəlib.
Şəxsi həyatını nümayiş etdirməyi sevməyən Al Paçino
Şəxsi həyatını nümayiş etdirməyi sevməyən Al Paçino, heç vaxt evli olmayıb. Buna baxmayaraq Al Paçino ailə həyatı qurmayıb.
Atam 5 dəfə evli olub, mənsə heç zaman
 O özü bu barədə belə deyib: “ Atam 5 dəfə evlənsə də, mən  bir dəfə də olsun evlənmədim.  Bu isə o deməkdir ki, biz öz vərdişlərimizin quluyuq”.
 Bu o dmeək deyil ki, Al Paçinonun həyatında qadın olmayıb. O dayan Koton, Cill Kleyberq, Penelopoy Enn Miller sevgi həyatı yaşayıb.  Rəsmi nigahı olmasa da, onun 3 övladı  olub. Onlardan birinə sevimli yazıçısı Anton Çexovun şərəfinə Anton adı verib. Al Paçino onlara hər zaman yaxından dəstək olub. 
Tamaşadan öncə gəzməyə çıxmağı xoşlardı
Al Paçino çox müstəqil insan olub.  Aktyor oyunlarına gəldikdə çoxları  onu “magiya” adlandırıblar.  Bunun bir sıra səbəbləri olub. Onun bir sıra vacibi ritual xarakteri daşıyan hərəkətləri olub.  Məsələn çəkilişə gələrkən  çəkiliş meydançasında olan bütün insanlaırn əlini sıxarmış. Teatrda çıxış etməzdən öncə mütləq gəzintiyə çıxarmış.
Aktyor Xavyer  Bard onun haqqında deyib ki, “mən Alllaha inanmasam da, Al Paçinoya inanıram...”
Al Paçinonun “Xaş atası” ilk roluna görə qonorarı 35 min dollar təşkil edib. Ancaq  hazırda akyorun varidatı 180 milyon dollar həcmindədir.скачать dle 12.1