Türkiyəli tanınmış aktyor Ali Sunal atasının ölümü ilə bağlı etiraf edib.
Türkiyənin əfsanəvi aktyoru Kemal Sunalın oğlu Ali Sunal Türk televiziyasında yayımlanan maqazin proqramının qonağı olub. O atası ilə olan xatirələrindən danışaraq peşmanlıqlarını etiraf edib.
''Həyatımda kaş ki, deməyi heç sevmirəm. Hətta kiminsə deməsi də mənə xoş getmir, lakin hərdən deyirəm ki, Kaş ki o təyyarəyə minməsəydik. Peşmanlıqlarımla yaşasaydım, qızıma qarşı bu qədər gülərüz ola bilməzdim. Atamın xüsusi siyirməsi var idi. Kilidi elə balaca idi ki, toxunsaq açılardı, ancaq biz əl vurmazdıq atamın şəxsi əşyalarına. Onun vəfatından sonra həmin siyirmədən məktub tapdıq. Məktub Amerikadan gəlmişdi. İngilscə yazılmış məktubda ''Səni tanımıram. Filmlərində danışılanları başa düşmürəm, lakin səni izləyirəm. Çünki bu məni xoşbəxt edir'' sözləri yazılmışdı. Atam həqiqətən də çox sevilən insan idi''.  
Qeyd edək ki, Kemal Sunal 3 iyul 2000-ci ildə dostları ilə Trabzon şəhərinə gedərkən təyyarədə infarktdan dünyasını dəyişib.
Ali Sunal'dan yıllar sonra gelen acı itiraf: Keşke o uçağa binmeseydik
Ölkə.Azскачать dle 12.1