Bu gün mərhum aktyor, əməkdar artisti, aktyor Azər Mirzəyevin doğum günüdür. Yaşasaydı 68 yaşını qeyd edəcəkdi...
Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçüb, orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Adil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.
1970-ci ildə oranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.
1976-ci ilin oktyabr ayının 15-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayaraq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” (Qürbət Musayev), Əhməd Orucoğlunun “Pul dəlisi” (Teymur), Əli Əmirlinin “Bala bəla sözündəndir” (İzzət Nəfisli), Abdulla Şaiqin “Danışan gəlincik” (Kərim), Əbdüləzəl Dəmirçizadənin “Dədəm Qorqud” (Qaraca çoban), Hüseynbala Mirələmovun “Yaddaş ağrısı” (Murad), Süleyman Sani Axundov, Abdulla Şaiqin “Qaraca qız” (Hüseynqulu bəy), Marat Haqverdiyevin “Ah qadınlar, qadınlar” (kişi) tamaşalarında bədii cəhətdən inandırıcılığı, emosionallığı, hisslərin dərinliyi, zəngin ifadə vasitələri ilə səciyyələnən maraqlı obrazlar yaratmışdır. O vaxtdan ömrünün sonuna qədər bu tetrda çalışıb.
İstedadlı aktyor “Cəza” (1996, tammetrajlı film-tamaşa), “Nekroloq” (2001, tammetrajlı film-tamaşa), “Dəvətnamə” (II) (2002, tammetrajlı film-tamaşa), “Qeybdən gələn səs” (2002, tammetrajlı film-tamaşa),
“Yaşıl eynəkli adam 3” (2002, tammetrajlı film-tamaşa), “Yol yoldaşları” (2003, tammetrajlı bədii film), Mükafat (2004, tammetrajlı film-tamaşa),
“Böyük ömrün davamı” (2007, tammetrajlı film-tamaşa), “Nuş olsun” (2008, animasiya filmi), “Mürafiə vəkillərinin hekayəti” (2011, tammetrajlı film-tamaşa), “Sübhün səfiri” (2012, tammetrajlı bədii film) kimi filmlərdə də xarakterik rollar oynamışdır.
Bundan başqa Azər Mirzəyev AzTV-də "Birimiz hamımız", "Xoş gördük, tələbə", "Sabahın ustaları" adlı verilişlərə ssenarilər yazırdı. Özüdə o proqramlara aparıcılıq edirdi.
Azər Mirzəyev 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
Aktyor 19 iyul 2014-cü ildə ürək çatışmazlığından dünyasını dəyişib. O, uzun müddətdir insult və ürək çatışmazlığından əziyyət çəkirdi. Bakı şəhərində vəfat edən aktyor Sabirabad rayonunda dəfn olunub.
Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist ...
Əməkdar artist Azər Mirzəyev vəfat etdiскачать dle 12.1