Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupunun iclası keçiriləcək.
APA-nın xəbərinə görə, Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Təmas Qrupunun iclası Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutacaq.
İclas zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə ediləcək.
Qeyd edək ki, İƏT 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində münaqişənin həlli ilə bağlı Təmas Qrupunun yaratmaq qərarını verib. Təmas Qrupunun tərkibinə təşkilatın üzv ölkələrinin xarici işləri nazirləri daxildir. Təmas Qrupunun yaradılması barədə qərar Türkiyənin təşəbbüsü ilə qəbul edilib. İndiyə qədər İƏT Təmas Qrupunun üç iclası keçirilib.скачать dle 12.1