"Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabr ayında Azərbaycana səfər edəcək".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Özbəkistan parlalamentinin yuxarı palatasının sədr müavini Sadık Safayev deyib.
Prezident Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammitində iştirak edəcək. Bu, Ş.Mirziyoyevin prezident qismində Azərbaycana ilk səfəri olacaq.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti oktyabrın 14-15-də keçiriləcək. Sammit çərçivəsində, həmçinin biznes-forum təşkil olunacaq.скачать dle 12.1