Əli Əsədovun yeni Baş Nazir vəzifəsinə təyin edilməsi yerində verilən qərardır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən pelnar iclasında çıxış edərkən deyib.
Azərbaycan iqtisadiyyatının uğurlu inkişaf yolu keçdiyini deyən deputat söyləyib ki, hazırkı mərhələdə inkişaf yeni perspektivlər yaradır. H.Məmmədov söyləyib ki, bu perspektivlərin və iqtisadiyyatda daha dərin islahatların həyata keçirilməsi üçün dəyişikliyə ehtiyac var idi:
"Hesab edirəm ki, Əli Əsədov bu fəaliyyətin öhdəsindən layiqincə gələcək. Çünki o, mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir".скачать dle 12.1