Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş Nazir postuna namizədliyi təsdiq edilən Əli Əsədov göstərilən etimada görə təşəkkür edib və etimadı doğruldacağını bildirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, Ə.Əsədov müasir Azərbaycanın müstəqillik illərində böyük uğurlar qazandığını qeyd edib və bildirib: "Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı titanik inkişaf yolu keçib. Dövlətimizin başçısının rəhbərliyi ilə bir sıra qlobal layihələr reallaşdırılıb. Qeyri-neft sektoru inkişaf edir. Azərbaycan kosmik ölkələr ailəsinə daxil olub".скачать dle 12.1