İqtisadiyyat naziri Şahin Mustafayev gələn ay Çinə səfər edəcək.
Bakisesi.com xəbər verir ki, bu barədə jurnalistlərə Çinin Azərbaycandakı səfiri Qo Min məlumat verib.
“Gələn ay Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə 100-dən artıq nümayəndə 2-ci Çin Beynəlxalq İdxal İxrac Sərgisində (China Int'l Import Expo 2019) iştirak etmək üçün Şanqhai şəhərinə gedəcək. Azərbaycanın şərabları, quru meyvələri, bal, mürəbbə və s. yüksək keyfiyyətli məhsullarının Çin bazarına çıxacağına əminəm”, - deyən diplomat iki ölkə arasında iqtisadi əməkdaşlığın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb: “İndiyədək Çin Azərbaycan tərəfinə 22 layihəni həyata keçirmək üçün 500 milyon yuandan artıq təmənnasız yardım göstərib. Bu il avqust ayının sonunda ölkələrimiz arasında ticarət dövriyyəsi 1543 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 104,64 faiz artıq olmaqla rekord göstərici deməkdir”.скачать dle 12.1