Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Macarıstanın ELTE Universitetinin nümayəndəsi Benedek Peri ilə görüşüb.
Kult.az xəbər verir ki, rektor qonağı universitetdə görməkdən məmnun olduğunu bildirib. O, Macarıstan-Azərbaycan arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib, həmçinin Macarıstanın ölkədəki səfirliyi və ADU arasında olan əlaqələrin təhsil sahəsində səmərəli nəticələr verdiyini qeyd edib.
Kamal Abdulla 20-yə yaxın dilin tədris olunduğu universitetdə macar dilinin vacibliyindən söz açıb.
Benedek Peri səmimi qəbula görə minnətdarlığını bildirib və Azərbaycan-Macarıstan arasındakı əlaqələrin inkişafını yüksək qiymətləndirib.
Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması, “Türkologiya” jurnalının dərc olunması və məqalələri haqqında müzakirələr aparılıb.скачать dle 12.1