Milli Məclisin plenar iclaslarının karantin dövründə 2 saat keçirilməsi təklif edilib.

Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

O bildirib ki, karantin dövründə parlamentin iclaslarında çıxışlar 5 dəqiqə müddətində olmaqla, iclaslar 2 saat müddətində keçirilsin: “Əgər iclasda məsələlərin müzakirəsi 2 saatdan çox olarsa, fasilə edilsin və iclas zalı ventilyasiya olunsun”.

Daha sonra təklif səsverməyə çıxarılaraq qəbul edilib.
скачать dle 12.1