“Yeni siyasi mərhələni irəliyə aparmaq üçün əməkdaşlığa çağırıram”
“Biz Azərbaycanda yeni siyasi arxitekturanın formalaşmasının şahidi olmaqdayıb. Yeni siaysi arxitekturaya uyğun olaraq ölkədə siyasi mühitin yaranması, siyasi həmrəylik və iqtidarla müxalifətin bir araya gəldiyini görürük”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu gün parlamentdə çıxışı zamanı bildirib.
Z.Oruc deyib ki, Prezident Elçibəyin ailəsinə qayğı göstərilib: “Bu işdə Birinci Vitse-prezident Mehriban Əliyevanın müstəsna xidməti oldu. Ölkə başçısı Münhendə Paşinyan qarşısında Ayaz Mütəllibovu xilas etdi. Ondan sonra "Ana harayı" abidəsi qarşısında protokolda Ayaz Mütəllibova yer verərək, bütün dünyaya mesaj verdi. Bundan başqa prezidentin verdiyi əfv sərəncamı, ardınca isə REAL sədri ilə bağlı ötən gün verilən qərar müsbət qiymətləndirilməlidir”.
Z. Oruc əlavə edib ki, pandemiya dövründə  ölkə başçısı  tərəfindən siyasi mövqeyindən asılı olmayaraq hamıya yardım edildi. “Ölkə başçısı da bəyan edib ki, problemləri xaricdə deyil, daxildə müzakirə etməliyik. Ona görə də siyasi partiyalar siyasi fəaliyyətlərində  etika nümayiş etdiməli və buna uyğun qurmalıdırlar. Ölkə başçısının  siaysi islahatlaırnın daha da dərinləşdiurməsi istiqamətində iradəsi ortadadır. Ona görə də siyasi qüvvələr etik kodeksə əməl etməklə  Azərbaycanda yaranmaqda olan  yeni siyasi mərhələni irəli aparmaq üçün əməkdaşlığa çağırıram”- komitə sədri bildirib.скачать dle 12.1