“Azərbaycan dövləti korrupsiya və rüşvətxorluğa qarşı yürütdüyü siyasət sistemli xarakter daşıyır. Ölkədə korrupsiyaya qarşı mübarizə hər zaman aparılıb və bu proses davam etməkdədir. Son aylarda bir sıra rayon icra hakimiyyətləri və məmurlara qarşı həyata keçirilən əməliyyatlar bunun bariz nümunəsidir”.
Bunu   açıqlamasında  millət vəkili Sabir Hacıyev deyib.
Onun sözlərinə görə,    Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi andan korrupsiyaya qarşı mübarizə   daxili siyasətin  priorotetini təşkil edib. “Bu məsələdə dövlət başçısının siyasi iradəsi hər zaman ortada olub. Ölkədə korrupsiyaya qarşı səmərəli və sistemli mübarizə aparmaq məqsədi ilə  "Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illər üçün Dövlət Proqramı", "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı 2007-2011, 2012-2015-ci illər  və sonrakı illər üçün Milli Fəaliyyət Planı hazırlanaraq həyata keçirilib.   Bununla parallel olaraq qanunvericilik bazası təkmilləşdirilib. Eyni zamanda  korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış qurum - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturu və fəaliyyəti təkmilləşdirilib. Bir sözlə korrupsiyaya qarşı mübarizə dövlət başçısının  fəaliyyətinin əsas istiqamətlərindən biri olub və bu istiqamətdə bütün zəruri addımlar atılıb və atılmaqdadır.   Ölkə başçısı bütün müşavirələrdə, görüşlərdə, iclaslarda korrupsiyaya qarşı səmərəli mübarizə aparmaq məsələsini gündəmdə saxlayıb və bununla bağlı məmurlara xəbərdarlıq edib.  Prezident  istər sahibkarlara mane olan, sadə insanları incidən, yerində olmayan, ona həvalə edilən vəzifəsini layiqincə yerinə yetirə bilməyən  məmurlara,  yerli icra orqanlarının rəhbərlərinə dəfələrlə xəbərdarlıq edib.  Fəaliyyətində dönüş edə bilməyən, ciddi nöqsanlara yol verən məmurlar  zaman-zaman cəzalandırılıb, tutduğu vəzifəsindən uzaqlaşdırılıb”- S. Hacıyev qeyd edib.
O əlavə edib ki, son aylarda  bir neçə rayon icra başçısı və digər  məmurların həbs edilməsi ölkə başçısının korrupsiyaya və rüşəvətxorluğa qarşı yürütdüyü siyasətin bariz göstəricisidir: “Bu göz qabağındadır. Prezident özü də dəflərlə bəyan edib ki, onun tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq.  Azərbaycan hüquqi , demokratik bir dövlət olduğundan  hamı, tutduğu  mövqedən asılı olmayaraq  hamı qanun qarşısında bərabərdir. Ölkə başçısının söylədiyi kimi  heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur. Yol verdiyi qanunsuzluğa görə əvvəlki xidmətləri nəzərə alınmayacaq. Ölkə başçısı bu məsələdə siyasi iradəsi ortadadır. İstər icra başçısı, istərsə də digər məmurlar  tutduqları vəzifədə işləmək istəyirlərsə  əsas vəzifəsi xalqa xidmət olacaq. 
Əfsuslar olsun ki, hələ də bunu dərk etməyən insanlar var.  
Təəssüf məqam doğuran cəhətlərdən biri də ondan ibarətdir ki, bəzi məmurlar  cəzalandırılan digər məmurların  hərəkətindən dərs çıxarmır . Onlara etibar edilən vəzifədən öz şəxsi maraqlarını təmin etməyə çalışır. Bu isə yol verilməzdir. Ölkə başçısı da bu məsələd barışmaz mövqeədədir. Elə sonuncu Biləsuvar rayonunda baş verənlər bunu bir daha sübut etdi.  Prezident bu gün yeni Baş prokurorla söhbətində bir daha məsələ ilə bağlı siyasi iradəsini ortaya qoyaraq bildirdi ki,  dövlətin vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir. Hesab edirəm ki, prokurorluq orqanları da bundan sonra bu istiqamətdə daha fəal iş aparacaqlar. Prezident bir daha bəyan etdi ki, edilən  xəbərdarlıqlardan nəticə çıxara bilməyən  məmurlar öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin.  Əks tədirdə onların  cəzaları ağır olacaq. Ölkə başçısı bildirib ki, korrupsiyaya qarşı mübarizə bundan sonra daha  ciddi  formada aparılacaq. Bu məqsədlə yeni Baş prokurora da  öz tapşırıqlarını verdi.  
Onu da qeyd etmək lazımdır ki, Kamran Əliyevin Baş prokuror təyin etməsi təsadüfi xarakter daşımır. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbərinin Baş prokuror təyin edilməsi  cənab Prezidentin  bundan sonra ölkədə korrupsiya və rüşvətxorluğa qarşı necə də ciddi formada mübarizə aparılacağı kimi dəyərləndirmək lazımdır. Çünki Kamran Əliyev prokurorluq orqanlarında   korrupsiyaya qarşı mübarizədə xüsusi rolu olan peşəkar kadrdır.
Odur ki, məmurlar bu son hadisələrdən ciddi nəticə çıxarmalı və xalqın xidmətində durmalı, fəaliyyətlərində ciddi dönüş edib, iş prinsiplərində dəyişiklik etməlidir.  Əks təqdirdə  onları da bu günə kimi cəzalandırılan məmurların  acı aqibəti gözləyir. Çünki Prezidentin korrupsiya və rüşəvtxorluğa qarşı barışmaz mövqeyi ortadadır”.скачать dle 12.1