“Azərbaycan Prezidentinin yürütdüyü siyasət nəticəsində ölkəmiz dünyada pandemiyadan ən az ziyan çəkən ölkələrindən biridir. Bu çətin günlərdə ölkə rəhbərliyi bir daha vətəndaşının yanında olmaqla, yürütdüyü siyasətin mərkəz xəttində Azərbaycan vətəndaşı olduğunu sübut etdi. Azərbaycan vətəndaşı da ölkə rəhbərliyinin onun yanında olmasını dəstəkləyərək, birmənalı olaraq onun tərəfinda sıx birləşdi. Prezidentin yürütdüyü bu siyasət ölkədə fəaliyyət göstərən siyasi partiyalar tərəfindən müsbət qarşılandı və dəstəkləndi”.
 Bunu “Ölkə.Az”a  açıqlamasında Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Onun sözlərinə görə, bu çətin gündə ölkə başçısı diqqətini vətəndaşın yanında olmaqla, onun problemini həll etmək üçün dövlətin bütün gücünü bu istiqamətə səfərbər etdiyi bir zamanda bəzi rayonların icra başçıları bu siyasətin tam əksinə xidmət etdilər. “Bu çətin günlərdə rayon icra hakimiyyəti başçısı və onun aparatında çalışanlar vətəndaşın yanında olub, ona dəstək vermək əvəzinə, onlara ayrılan vəsaitə göz dikərək, mənimsəməyə cəhd etdilər. Biləsuvar rayonunda həyata keçirilən əməliyyat bunun bariz nümunəsidir.  Bu insanlar vəzifə səlahiyyətindən istifadə edərək xalqımızın mənəvi dəyərlərinə uyğun olmayan çirkin əməllərini ortaya qoydular. Onların bu çirkin  əməlləri DTX  tərəfindən  danılmaz faktlarla  ifşa edildi.  Ümumiyyətlə son vaxtlarda biz  davamlı olaraq yerli icra hakimiyyəti orqanlarının belə qanunsuz əməllərinin ifşa olunmasının şahidi olmaqdayıq və bu bir artıq ənənə halını alıb.  Bu isə onu deməyə əsas verir ki, ölkə rəhbərliyi ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə amansız mübarizəni bundan sonra da daha geniş formada davam etdirəcək. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı  mübarizədə rolu olan Kamran Əliyevi Baş prokuror  təyin etməsi bunu deməyə əsas verir. Çünki ölkə başçısı Baş prokuroru təyin edərkən bu istiqamətdə daha ciddi mübarizə aparılacağını bir daha bəyan etdi. Bildirdi ki, kimsə vəzifəsinin öhdəsindən gələ bilmir istefa versin. Əks təqdirdə mövqeyindən asılı olmayaraq neqativ hərəkətlərə yol verən  vəzifəli şəxs  ciddi şəkildə cəzalandırılacaq”- S. Əsədov bildirib.скачать dle 12.1