“Azərbaycan hər zaman öz təşəbbüsləri və praktiki addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsi istiqamətində addımlar atıb. Biz növbəti belə bir təşəbbüsün beynəlxalq aləmin koronavirus pandemiyasına qarşı müharibə apardığı mürəkkəb şəraitdə dövlətlər və xalqlar arasında təmasların yüksəlməsinə, qlobal pandemiya ilə mübarizədə bütün səylərin səfərbər olunmasına şahidlik etdik. Azərbaycan bu real addımları ilə pandemiayay qarşı öz ciddi töhfələrini vermədədir”.
Bunu   millət vəkili, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev  Qoşulmama Hərkatınının Təmas Qrupunun Zirvə görüşü haqqında  mövqeyini açıqlayarkən deyib.
Onuj sözlərinə görə,  Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi Azərbaycanın  dövlətlər arasında pandemiyaya qarşı daha səmərəli mübarizənin təşkilinə xidmət edir. “İstər beynəlxalq təşkilatlar, istərsə də dünya ölkələri olsun  pandemiya ilə mübarizədə Azərbaycanın öncüllüyünü, effektiv mübarizə apardığını  təqdir etdiyindən, ölkə başçısının belə bir təşəbbüsünü da dəstəkləyiblər. 
 Belə bir Zirvə görüşünün keçirilməsini BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin  bariz nümunəsi kimi dəyərləndirmək lazımdır. Çünki bundan öncə  Azərbaycan Prezidentin  təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının ə fövqəladə Zirvə görüşü  keçirilib. Qeyd edək ki,  Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib”- S.Hacıyev qeyd edib.скачать dle 12.1