ABŞ Konqresinə dünyada insan haqlarını pozan rejimlərə qarşı sanksiyalar nəzərdə tutan yeni qanun layihəsi təqdim olunması bir sıra müzakirələrə səbəb olub.

Gununsesi.org-un Qərb mediasına istinadən verdiyi xəbərə görə, respublikaçılardan və demokratlardan olan konqresmenlərin hazırladığı layihə “Pandemiya dövründə insan hüquqlarını müdafiə Aktı” (Protecting Human Rights During Pandemic Act) adlanır.

Sənədin hazırlanmasında məqsəd pandemiya dövründə insan hüquqlarını pozan hakimiyyətlərə qarşı sərt tədbirlərin görülməsidir.

Azərbaycan müxalifətində isə bu aktın ölkəmizə də tətbiq olunacağına dair fikirlər səslənir.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə Gununsesi.org-a açıqlamasında bildirir ki, ABŞ-ın bir sıra ölkələr üçün qəbul edəcəyi bu aktın Azərbaycana da şamil olunmasında maraqlı olan qüvvələr olacaq.

”ABŞ-da Kozlariç və Kramer başda olmaqla bir sıra qüvvələr var ki, hər zaman buna çalışıblar. Bu dairələrin Azərbaycana qarşı konkret planları var və illərdir ki, bu planlar üçün işləyirlər. Biz zaman-zaman bu cür niyyətlərin şahidi olmuşuq. Amerikadakı bu qrupların maraqlarını daxildə təmsil edən AXCP kimi qurumlar da bunu böyük sevinc hissi ilə qarşılayırlar. Amma bu o demək deyil ki, ABŞ-da Ağ Ev və Dövlət Departamenti həmin qrupların maraqlarını ifadə edir. Amerika heç zaman Azərbaycana sanksiya haqqında düşünməz. Çünki, bu, Birləşmiş Ştatların regional maraqlarına ziddir. ABŞ hökuməti heç zaman Azərbaycanla münasibətlərin soyumasına marazlı ola bilməz”.

Bununla belə Zahid Oruc deyir ki, Azərbaycan dövləti problemləri beynəlxalq qurumlarla müzakirə edə bilər.

Onun sözlərinə görə, bu cür məsələlərin müzakirəsi sərt ritorikadan keçməməlidir.

”Pandemiya dövründə bir sıra müxalif fəalların həbsi buna rəvac verə bilərmi” sualına isə Zahid Oruc belə cavab verib. ”Bu gün karantina qaydasını pozduğuna görə ölkədə 50 min adama cərimə yazılıb, çoxsaylı vətəndaş barəsində inzibati həbs qərarları verilib. Cərimələnən və həbs olunan vətəndaşlar arasında hakim Yeni Azərbaycan Partiyasını təmsil edənlər də olmamış deyil. Prosesdə 15-20 cəbhəçi məsuliyyətə cəlb olunubsa, bunu AXCP-yə qarşı təzyiq kimi şamil etmək doğru deyil.

AXCP isə karantin faydalarını pozduğuna görə məsuliyyətə cəlb olunanların məsələsini siyasiləşdirir. Bu, yolverilməzdir. Məsələyə bütövlükdə ölkə vətəndaşlarının təhlükəsizliyi və sağlamlığı prizmasından yanaşmaq lazımdır. Bir sıra Avropa ölkələri pandemiyanın ilkin dönəmində təcili tədbirlərə al atmadığına görə fəlakətlə üz-üzə qaldı. Azərbaycanda tətbiq olunan qadağalar ölkə vətəndaşları üçündür. Onu da vurulayım ki, ”Amnesty İnternational”ın bu məsələlərlə bağlı bəzi ölkələrə ünvanlanmış hesabatında Azərbaycanın adı yox idi. Digər bir məqama diqqəti edin. İtaliya və İspaniyada karantin rejiminin pozulmasına görə cərimələr və cəzalar daha sərt olub. O zaman iddia olunsun ki, bu ölkələrin hakimiyyətləri avtoritarizmi bərqərar edir. Azərbaycanda hakimiyyətinin bu dəqiqə başlıca qayğısı var və bu da vətəndaşların sağlamlığıdır.
скачать dle 12.1