“Vizaların verilməsi və məhdudlaşdırılması prosesi hələ də qüvvədə qalır”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, hazırda xüsusi karantin rejimi qüvvədədir:
“Qlobal miqyasda qonşu dövlətlərdəki vəziyyət də nəzərdə saxlanılır. Ümumi vəziyyətə uyğun olaraq, bu sahədə addımların atılması prosesinə baxıla bilər”.скачать dle 12.1