Almaniya həmişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair hazırkı status-kvonu qəbuledilməz hesab edib".
“BAKİSESİ.com” xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ölkəsinin Milli Birlik günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda jurnalistlərə deyib.
Onun sözlərinə görə, Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır: "Bu istiqamətdə hər cür addımları alqışlayırıq. Status-kvonun qəbuledilməz olduğunu həmişə söyləmişik".
M.Kindsqrab "ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dəyişdirilməsinə zərurət varmı" sualını isə belə cavablandırıb: “Söhbət ATƏT-in Minsk qrupunun tərkibinə dəyişiklik etməkdən yox, Almaniyanın mövcud format daxilində bu məsələni daha səmərəli həll etməyə necə töhfə verə biləcəyindən gedir”.скачать dle 12.1