Bakı bütün sahələrdə Berlinlə əlaqələri möhkəmləndirməyə və genişləndirməyə hazırdır.

BAKİSESİ.COM-un melumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniyanın birləşməsinin ildönümünə həsr olunmuş tədbir zamanı deyib.


X.Xələfov deyib ki, Azərbaycan-Almaniya münasibətləri bir çox istiqamətlər üzrə inkişaf edir:

"Bu, ölkələrimiz arasında etimadın göstəricisidir. Bakı və Berlin ikitərəfli səviyyədə və beynəlxalq platformalarda sıx əməkdaşlıq edir. İkitərəfli ticarət dövriyyəsində də artım müşahidə edə bilərik. Alman şirkətləri Azərbaycanda bir çox layihələrdə iştirak edirlər. Ümid edirik ki, kansler Angela Merkelin avqustun 25-də Azərbaycana səfəri çərçivəsində iki ölkənin işgüzar dairələrinin nümayəndələri arasında keçirilmiş görüşlər ikitərəfli iqtisadi əlaqələri daha da möhkəmləndirməyə xidmət edəcək".

Nazir müavini həmçinin Avropa və Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinə töhfə verəcəyinə ümid etdiyini bildiriскачать dle 12.1