Bəzi KİV-lərdə yayılan məişət əşyaları yüklənən Təcili Tibbi Yardım avtomobili Səhiyyə Nazirliyinə məxsus deyil.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.
Məlumatda qeyd edilir ki, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi var, yayılan şəkildəki avtomobilin üzərində bort nömrəsi yoxdur: "Səhiyyə Nazirliyinə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı rəngdədir, şəkildəki avtomobilin arxa qapılarının üzərindəki xətlər göy rəngdədir. Avtomobil Bakı şəhərində fəaliyyət göstərən başqa klinikalara məxsus ola bilər".скачать dle 12.1