"Qarabağ" növbəti dəfə erməni təxribatı ilə üzləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Düdelanj"la oyunda baş verib.
Görüşün ilk hissədinə - "Qarabağ"ın ikinci qolundan sonra meydançanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla havalandırılıb. "Qarabağ" futbolçuları buna kəskin etirazını bildirib. Matçın baş hakimi Con Biton matçı yarımçıq dayandırıb.
Qeyd edək ki, oyun dayanarkən görüş "Qarabağ"ın 2:0 xeyrinə olub.скачать dle 12.1