Bu gün səhər saatlarında metronun “Həzi Aslanov” stansiyasından “Dərnəgül” istiqamətində hərəkət edən qatarlarda sıxlıq müşahidə olunub.
Axar.az xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkələrdə məlumat paylaşıblar. Sərnişinlər metronun “Koroğlu”, “28 May”, “20 Yanvar” və digər stansiyalarında yaranmış sıxlıqdan şikayətləniblər.
“20 Yanvar” stansiyasında qatarın 10 dəqiqədən çox gözlədiyi bildirilib.
Sıxlığın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.скачать dle 12.1