Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin rəisi Əfqan Hacıyevlə birgə tutulan şəxslərin adı məlum olub.
 Hərbi Məhkəmə tərəfindən polkovnik Vəliyev Elçin Vaqif oğlu və polkovnik Quliyev Xalis Xudamurad oğlu barəsində də həbs-qətimkan tədbiri seçilib.
E.Vəliyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət almada), X.Quliyev isə 312.2-ci (rüşvət vermə) maddəsi ilə ittiham olunur.
Bakı Hərbi Məhkəməsində hər iki şəxs barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.скачать dle 12.1