BakiSesi.com

Artıq Azercell abonentləri "MilliÖn"dən kontur yükləyə bilməyəcək

Tarix:5-08-2020, 16:54 | Oxunub: 1 985
Artıq Azercell abonentləri "MilliÖn"dən kontur yükləyə bilməyəcək
"MilliÖn" ödəmə terminalları vasitəsilə azercell nömrələri ilə bağlı əməliyyatların icrası dayandırılıb.

Bakisesi.com-un əldə etdiyi məlumata görə, Azercell mobil operator şirkəti ilə “MilliÖn” arasında bağlanan müqaviləyə xitam verilib.

Bununla da “MilliÖn” terminalları vasitəsilə azercell nömrələrinin balansının artırılması xidməti ləğv edilib.

Artıq 05.08.2020-ci il tarixindən etibarən “MilliÖn” ödəniş sistemi vasitəsilə “Azercell Telekom” MMC-nin fakturalı və fakturasız (SimSim) xətt nömrələrinin balansını artırmaq mümkün deyil.скачать dle 12.1